Ağdaş sakinləri silahlarını könüllü təhvil veriblər

Xəbər - Samir Əli – Trend:

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Qaradağlı kənd sakini Cavanşir Babayevdən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmçinin, aparılan profilaktik tədbirlər nəticəsində Ağzıbir kənd sakini İslam Xəlilov və Kotavan kəndində yaşayan Famil Əhmədov qanunsuz olaraq saxladıqları “TOZ” markalı odlu silahlarını könüllü olaraq Polis Şöbəsinə təhvil veriblər.

Teqlər: