Ağdam. Aslan Məmmədli -Trend:
Ağdamın girişindən şəhər mərkəzinə çatana qədər erməni terrorunun şahidi olduq
Bunu AzerTimes-ın Qarabağ bürosuna açıqlamasında Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Emin Yusifov deyib.
Onun sözlərinə görə, Bu gün Ağdama təşkil olunmuş səfər Azərbaycan respublikasının gənclər fondu və azərbaycan könüllülər təşkilatı ittifaqı tərəfindən təşkil olunub:
“Ağdamın girişindən şəhər mərkəzinə çatana qədər erməni terrorunun şahidi olduq. Nə qədər ziyan verdiklərinin şahidi olduq. Tarixi abidələri necə məhv etdiklərini, Xurşud banu Natəvanın qəbrini dağıtdıqlarının şahidi olduq. Amma çox sevincli qürurluyuq ki, qalib Azərbaycan ordusunun, qalib Azərbaycan Dövlətinin vətəndaşıyıq. Bu gün biz bura qürurlu gəlirik və öz torpaqlarımızda gəzirik. Bu sevinci bizə yaşadan ali baş komandana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür bildiririk. Ümid edirik ki Ağdam işğaldan əvvəl daha böyük daha gözəl bir şəhər olacaq. Bü günkü səfərdə 34 könüllü təşkilatdan 34 nəfər iştirak edir. Hər təşkilatdan 1 nəfər iştirak edir. Ölkə başçısının gənclər siyasətindən Azərbaycan Gəncliyi səmərəli istifadə edə bilir. İsdər ölkə daxilində gənclərin təhsil alması, işlə təmin olunması, isdər də xarici ölkələrdə dövlət hesabına təhsil alması buna bariz nümunədir” .