Ağdamın 8 kəndində yenidənqurma işlərinə start verilib

Xəbər - Samir Əli – Trend:

“Azərişıq Qarabağda” layihəsi çərçivəsində Ağdam rayonunun Əfətli kənd ərazi nümayəndəliyinə daxil olan 8 kənddə yenidənqurma işlərinə start verilib.

“Azərişıq” ASC -dən AzerTimes-a verilən məlumata görə, müharibənin gedişində bu kəndlər erməni atəşinə məruz qalan zaman elektrik enerji təsərüffatına ciddi ziyan dəymişdi. Ermənilərin atdığı çoxsaylı mərmilər bir çox yerdə xətt və dayaqları yararsız hala salmışdı.

İlkin mərhələdə 3 kənddə elektrik xətləri, dayaqlar, transformator məntəqələri və sayğaclar tamamilə yenilənir. Əraziyə kifayət qədər mal-materal göndərilib.


1200-dək abonentin yaşadığı Hacıməmmədli, Məmmədbağırlı və Əfətli kəndində işlərin yekunlaşması bir aya nəzərdə tutulub. Kəndlər yeni tikilmiş 35/10 kv-luq Əfətli y/st-dan qidalanır.

Qeyd edək ki, Prezident İlham Əlyevin fərmanına uyğun olaraq işğaldan azad olunan Cəbrayıl, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Ağdam rayonu ərazilərində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin edilib. Suqovuşan qəsəbəsinə isə Tərtərdən yeni 35 kV-luq xəttin çəkiliş işləri davam edir.

Teqlər: