Ağdamdan gedən yardımda nələr var? – Siyahı

Ağdamdan gedən yardımda nələr var? – Siyahı

Xəbər verdiyimiz kimi, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yük Xankəndi şəhərinə çatıb.

AzerTimes xəbər verir ki, yük maşınındakı humanitar yardımların siyahısı açıqlanıb.

Siyahıdan aydın olur ki, göndərilən yardımlar əsasən, ərzaq, yataq dəstləri və uşaqlar üçün nəzərdə tutulmuş məhsullardan ibarətdir:

1. Qida dəsti – 1000 ədəd

Bir dəstə daxildir:

– Günəbaxan yağı, 0,9 l – 1 ədəd

– Şəkər tozu, 1 kq – 1 ədəd

– Buğda unu, 2 kq – 1 ədəd

– Makaron, 500 q – 3 ədəd

– Qarabaşaq, 1 kq – 1 ədəd

– Darı, 1 kq – 1 ədəd

– Manna yarması, 1 kq – 1 ədəd

– Yulaf əzməsi, 0,5 kq – 1 ədəd

– Ət konservi 0,5 kq – 5 ədəd

Bir paketin ümumi çəkisi 11,4 kq-dır.

2. Yataq dəsti – 270 dəst.

Bir dəstə daxildir:

– Yataq dəsti – 1 ədəd

– Yastıq – 1 ədəd

– Yorğan – 1 ədəd

3. Gigiyenik paketlər – 200 ədəd

Bir dəstə daxildir:

– diş fırçaları – 3 ədəd

– Sabun – 10 ədəd

– Termometr – 1 ədəd

4. Uşaq dəsti: 192 ədəd

Bir dəstə daxildir:

– Uşaq geli – 1 ədəd

– Vitamin tabletləri – 3 ədəd

– Diş fırçası – 1 ədəd

– Uşaq püresi – 1 qutu (8 ədəd)

– Uşaqlar üçün balıq yağı (kapsulalarda) – 1 ədəd

– Pudra – 1 ədəd.

Teqlər: