Ağdamdakı dağıntılar insan həyatına edilən təcavüzün göstəricisidir – Əfqan Nifti

Ağdam. Aslan Məmmədli – Trend:

Ağdamdakı dağıntıları görmək çox üzücüdür. Bunlar insan həyatına edilən təcavüzün göstəricisidir.

AzerTimes-ın Qarabağ bürosu xəbər verir ki, bunu Ağdamda səfərdə olan ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin direktoru Əfqan Nifti deyib.

“Biz “Xəzər Siyasət Mərkəzi”nin idarə heyəti olaraq Azərbaycandayıq. Əsas məqsədimiz odur ki, müharibədən sonra bölgədə yaranmış vəziyyətlə tanış olaq, vəziyyəti öz gözlərimizlə görək və geri qayıtdıqdan sonra buradakı vəziyyətlə bağlı öz tərəfdaşlarımıza məlumat verək” – deyə, o bildirib.

Ə.Nifti əlavə edib ki, artıq bu ərazilər işğaldan azad edilib və Azərbaycanın suverenliyi bərpa olunub: “Lakin buranın yenidən qurulması bir qədər zaman alacaq. Biz Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasının tərəfdarıyıq”.

Teqlər: