Ağdamda “yaşıl texnologiya” əsasında layihələrin reallaşdırılması planlaşdırılır – Emin Hüseynov

Ağdam. Vüqar İmanov, Sədrəddin Ağcayev – Trend:

Ağdamda “yaşıl texnologiya” əsasında layihələrin reallaşdırılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Türk Şurası üzv və müşahidəçi ölkələrinin KİV nümayəndələrinin azad edilmiş ərazilərə səfəri çərçivəsində Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində deyib.

Onun sözlərinə görə, Ağdam rayonu Azərbaycanın ən günəşli rayonlarından biridir: “Burada günəşli günlərin sayı çoxdur və bu da günəş enerjisinin işlənməsi baxımından böyük potensialın olduğunu göstərir. Ağdam Qarabağ iqtisadi zonasına daxildir. Hətta sovet dövründə burada 17 müxtəlif müəssisə mövcud idi. Biz təkcə şəhəri bərpa etmək üçün deyil, həm də həmvətənlərimizin doğma yurdlarına qayıda bilməsi üçün bütün şəraiti yaratmaq üçün zəruri addımlar atırıq. Biz burada xarici investorların mövcudluğunu alqışlayırıq. Onlar üçün biznes aparılması və iş yerlərinin yaradılması baxımından əlverişli şərait yaradılıb. Bizim üçün bizə yaxın ölkələrin və dostların dəstəyi çox vacibdir”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: