Ağdamda Xocalı soyqırımının ildönümü ilə bağlı yürüş keçirilib (FOTO)

Ağdam. Trend:

Ağdamda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar yürüş
keçirilib.


Trend
-in yerli bürosunun məlumatına görə, yürüşdə polislər,
hərbçilər, Xocalı sakinləri iştirak ediblər.


Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc
əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən
63-ü uşaq, 106-sı qadın xüsusi amansızlıqla qətlə yetirilib.
Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki
valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov
götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.

Teqlər: