Ağdamda təxminən otuz illik erməni işğalından sonra yalnız dağıntılar qalıb – “National Geographic” (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Vaxtilə 40 min nəfər əhalisi olmuş və bu yaxınlarda Azərbaycan tərəfindən azad edilmiş Ağdam şəhərində təxminən otuz illik erməni işğalından sonra yalnız dağıntılar qalıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “National Geographic” jurnalının “Instagram” səhifəsindəki paylaşımında deyilir.

Qeyd olunub ki, 1993-cü ildə Ağdam işğal ediləndən sonra yalnız məscid binası bütöv qalıb, digər bütün bina və tikililər dağıdılıb.

Ötən ilin sentyabrında başlamış və 44 gün davam etmiş müharibə nəticəsində Azərbaycan 1990-cı illərdə itirdiyi ərazilərin böyük hissəsini azad edib.

Teqlər: