Ağdamda tələbə dərmandan zəhərləndi

Bu gün saat 15:10 radələrində 1 nəfər qadın zəhərlənmə şübhəsilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

AzerTimes xəbər verir ki, bu barədə Ağdam Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

2007-ci il təvəllüdlü şəxsə dərman vasitələrinin yaratdığı toksiki effekt diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti kafi qiymətləndirilir.

17:10

Ağdam rayonunda zəhərlənmə faktı qeydə alınıb.

AzerTimes Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Biləsuvar rayon sakini, 19 yaşlı A. Əliyeva qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.

O, dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağır qiymətləndirilir.

A.Əliyeva Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.