Eos Qrup QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
AzerTimes xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında bildirib.
Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 18-yə çatıb:
“Şirkət Parkın ərazisində investisiya dəyəri 4,7 milyon manat olan qazbeton blok istehsalı müəssisəsi yaradacaq və 49 nəfəri işlə təmin edəcək”.