Martın 10-u gecədən səhər saatlarınadək Rusiya
sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki
qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun
Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış
məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı
silahlardan fasilələrlə atəşə tutub.
Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qeyd olunan
istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan
Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.