Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır

Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

AzerTimes-ın Ağdam rayon prokurorluğuna istindən verdiyi məlumata görə, aparılmış araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib.


Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Teqlər: