Ağdam. Trend:
Ağdamın işğaldan azad olunmasının birinci ildönümü münasibətilə rayonda meşə massivi salınıb.
AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan Prezidentinin Ağdam rayonunun işğaldan azad olan hissəsi üzrə xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, ermənilərin Ağdamda məhv etdiyi yaşıllıq massivlərinin bərpası üçün nəzərdə tutulan 4 meşə zolağının artıq birində ağac əkilməsi yekunlaşdırılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunduqdan sonra Ağdama səfəri zamanı ağac əkdiyi ərazi daha da genişləndirilərək Eldar şamı və palıd toxumları əkilib.
Prezident administrasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan ağacəkmə aksiyasında şəhid ailələri və könüllülər iştirak edib. 2,5 hektar torpaq sahəsində 2000 ədəd ağac əkilib. İlk mərhələdə əkilən və inkişafdan dayanan ağaclar yenisi ilə əvəz olunub.