Bərdə. Trend:
Ağdamda qaçırılan məktəbli qız ailəsinə təhvil verilib.
AzerTimes-ın yerli bürosunun məlumatına görə, qaçırılan qızın valideynlərinin müraciətindən sonra qızın axtarışlarına başlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə AzerTimes-a bildirilib ki, dekabr ayının 21-də yeniyetmə qızın qaçırılması ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Keçirilmiş tədbirlərlə həmin qız tapılaraq ailə üzvlərinə təhvil verilib. O, izahatında evlənmək məqsədi ilə öz razılığına əsasən getdiyini bildirib. Faktla bağlı Ağdam RPŞ-də araşdırma aparılır.
Qeyd edək ki, qaçırılan qız 10-cu sinif şagirdi olub.