Xəbər - Samir Əli – Trend:
Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir.
Bu barədə AzerTimes-a Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev deyib.
O qeyd edib ki, artıq rayon ərazisinin 2 671 hektarı minalardan təmizlənərək təhvil verilib: “Bundan başqa, işğaldan azad edilən ərazilərin yolları minlardan təmizlənib, gediş-gəlişə normal şərait yaradılır. Hazırda əsasən əkinə yararlı sahələrin təmizlənməsi prosesi aparılır. Əkin sahələrindən sonra növbəti mərhələdə kəndlərin yaşayış sahələrinin təmizlənməsinə başlanılacaq”.