Ağdamda işğaldan azad olunan 1 611 hektar ərazidə buğda əkilib

Xəbər - Samir Əli – Trend:

Ağdam rayonunun işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir. Artıq işğaldan azad olunan ərazilərdə 1 625 hektar əkin sahəsi minalardan təmizlənib. Minalardan təmizlənmiş ərazilərdə buğda səpini aparılır.

Bu barədə AzerTimes-a açıqlamasında Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev deyib. Onun sözlərinə görə, təmizlənmiş 1 625 hektar əkin sahəsi şumlanıb, onun 1 611 hektarına buğda səpilib. Hazırda təmizlənmə prosesi davam etdirilir.


A.Əliyev bildirib ki, hazırda işğaldan azad olunan Şahbulaq inzibati ərazisinə daxil olan kəndlərdə təmizlənmə işləri davam etdirilir. Həmin ərazi ilə yanaşı, rayonun Bağmanlar, Sarıcalı, Ağdamkənd, İsmayılbəyli, Şelli kəndlərinin minalardan təmizlənməsi prosesi gedir”.

Teqlər: