Ağdamda gördüyümüz mənzərə, dağıntılar çox ürəkağırıdıcıdır – Robert Sekuta

Ağdamda gördüyümüz mənzərə, dağıntılar çox ürəkağırıdıcıdır. Bu dağıntılar insanların həyatına qarşı təcavüzü göstərir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərində jurnalistlərə açıqlamasında bildirib.

R.Sekuta deyib: “Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsi yaxşı haldır. Lakin bu ərazilərin bərpası xeyli zaman alacaq. Biz Azərbaycan və Ermənistanın tezliklə mehriban qonşuluq, sülh şəraitində yaşamalarını arzulayırıq”.

Qeyd edək ki, mayın 22-də ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.

Teqlər: