Ağdam.Trend:
Ağdamda əsaslı təmir olunan məktəb binası istifadəyə verilib.
Trend-in Qarabağ bürosunun verdiyi məlumata görə, Şəhid Samir Abdinov adını daşıyan bu məktəb 1972-ci ildə inşa edilib. Uzun illər təmir bərpa işləri aparılmadığı üçün məktəb yararsız vəziyyətə düşüb.
Dövlət hesabına yenidən bərpa olunan təhsil ocağında 314 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 41 müəllim məşğul olacaq. Yeni məktəb binasında sinif otaqları hər cür avadanlıqla və əyani dərs vəsaiti ilə təmin olunub.
Məktəbin açılış mərasimində Təhsil Nazirliyinin nümayəndəsi, rayon icra hakimiyyəti, məktəbin adını daşıyan şəhidin ailəsi və rayon təhsil işçiləri iştirak edib.