Dolu düşməsi nəticəsində Ağdamın elektrik enerjisi təsərrüfatına dəymiş ziyan aradan qaldırılıb.
Bu barədə AzerTimes-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib.
“Məlum hadisə nəticəsində bir sıra kəndlərdə elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib. Dərhal hadisə yerinə “Azərişığın” təmir-bərpa briqadaları gedib və elektrik enerjisinin verilişi qısa zamanda bərpa edilib. Hazırda Ağdam və ölkənin digər regionları keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilir”, – V.Mustafayev bildirib.