Ağdamda daha bir yaşayış məhəlləsinin inşasına başlanılır

Ağdamda daha bir yaşayış məhəlləsinin inşasına başlanılır

Gələn ay Ağdam şəhərində daha bir yaşayış məhəlləsinin inşasına başlanılması nəzərdə tutulub.

AzerTimes xəbər verir ki, bunu Bakıda keçirilən “Qarabağ bölgəsində su və irriqasiya infrastrukturunun yenidən qurulması” mövzusunda konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.

“Hazırda Ağdamda 3 kəndin inşası da gedir. Bunlar Sarıcalı, Xıdırlı və Kəngərli kəndləridir. Bu ilin sonuna kimi işlərin ikinci mərhələsinin yekunlaşdırılması, gələn il isə həmin ərazilərə əhalinin köçürülməsi planlaşdırılıb”, – deyə o qeyd edib.

“2026-cı ilə qədər Qarabağ iqtisadi rayonu üzrə Ağdam rayonunda bir şəhər, 12 kənd, Füzuli rayonunda 1 şəhər, 10 kənd, Xocavənd rayonunun Hardrut qəsəbəsi və Tuğ kəndi üzrə tikinti işləri davam etdiriləcək, digər hissələrdə isə layihə işləri tamamlanacaq”, – deyə B.Hacıyev vurğulayıb.

Teqlər: