Qreys.A. MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
AzerTimes xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında bildirib.
Nazir qeyd edib ki, şirkət Parka 6,5 milyon manat investisiya yatıraraq sement və beton qatqıların istehsalı müəssisəsi yaradacaq.
“Müəssisədə 35 daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – o qeyd edib.