Ağdam Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq
AzerTimes xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib.
“İnvestisiya dəyəri 15 milyon manat olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – nazir qeyd edib.
Bununla bağlı Ağdağ MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.