Ağdamda buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır – Baş Prokurorluq

Martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad
edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan
zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna
məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab
olaraq bildirilib ki, nəticədə traktora maddi ziyan dəyib və hər
hansı bir şəxs xəsarət almayıb.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma
aparılır.

Teqlər: