Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 9 nəfər müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, mayın 11-də Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Çəmənli kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyən 9 nəfər saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Teqlər: