Ağdamda 5 otaqlı ev əşyaları ilə birlikdə yanıb.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.
Kənd sakini Emin Səlahəddin oğlu Həmidova məxsus 5 otaqlı evdə baş verən yanğın zamanı ev əşyaları ilə birlikdə 600 manat pulları yanaraq külə dönüb.
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri gələrək yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma başlanıb.