Ağdamda 5 nəfər minaya düşdü, ölən və yaralılar var

Ağdam. Samir Əli – Trend:

Ağdam rayonunda 5 mülki şəxs piyada əleyhinə minaya düşüb.

AzerTimes-ın Qarabağ müxbirinin məlumatına görə, hadisə rayonun işğaldan azad edilən ərazisində qeydə alınıb. Hadisə zamanı bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib. Onların Ağdamın Hacıqərvənd kənd sakinləri olduğu deyilir.


Faktla bağlı araşdırma aparılır.

Teqlər: