Ağdamda 3 min hektardan çox sahə minalardan təmizlənib

Xəbər - Samir Əli – Trend:

Ağdam rayonunun işğaldan azad edilən 3037 hektar əkin sahəsi mina və partlamamış sursatlardan təmizlənib.

Bu barədə AzerTimes-a Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir: “Hələlik rayonun işğaldan azad edilən əkin sahələri təmizlənir. Təmizlənmiş sahələrin 2200 hektarına buğda əkilib”.


Twitter: @GuleliyevSamir

Teqlər: