Ağdamda 3 177 hektar əkin sahəsi minalardan təmizlənib

Xəbər - Samir Əli – Trend:

İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir.

Ağdam rayon İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, artıq rayon ərazisində 3177 hektar əkin sahəsi mina və partlamamış sursatlardan təmizlənib. Təmizlənmiş ərazilərin 2195 hektarına buğda əkilib.

Hazırda əkin sahələrinin təmizlənməsi davam etdirilir.

Teqlər: