Ağdamda 29 yaşlı kişi bıçaqlanıb

Ağdamda 29 yaşlı kişi bıçaqlanıb.

Trend-in Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb.

Rayonun Seyidli kənd sakini Mustafayev Elvin Rizvan oğlu naməlum şəxs tərəfindən bıçaqla vurulub. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. E.Mustafayev təcili tibbi yardım maşını ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: