Ağdamda 2 820 hektar əkin sahəsi minalardan təmizlənib

Xəbər - Samir Əli – Trend:

Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir.

Bu barədə AzerTimes-a Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, artıq rayon ərazisinin 2 820 hektarı minalardan təmizlənərək təhvil verilib: “Bundan başqa, işğaldan azad edilən ərazilərin yolları minlardan təmizlənib, gediş-gəlişə normal şərait yaradılır. Hazırda əsasən əkinə yararlı sahələrin təmizlənməsi prosesi aparılır. Əkin sahələrindən sonra növbəti mərhələdə kəndlərin yaşayış sahələrinin təmizlənməsinə başlanılacaq”.

İcra Hakimiyyətindən bildiriblər ki, təmizlənmiş sahələrin 2 200 hektarı şumlanıb. Şumlanmış ərazilərin hamısında buğda əkilib.

Teqlər: