Ağdam və Şuşaya bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb – RƏSMİ

Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq ilkin mərhələdə tətbiq edilmiş Ağdam və Şuşaya bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.

Bu barədə AzerTimes-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.


Qeyd edək ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Teqlər: