Ağdam və Naxçıvanda mövqelərimiz atəşə tutulub – MN

Martın 7-si saat 18:45-də Rusiya sülhməramlılarının müvəqqəti
yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı
dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd
yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı
atıcı silahlardan atəşə tutulub.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bundan başqa, martın 8-i saat 07:30-da Ermənistan
silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar
Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərimizi də atəşə tutub.


Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən
adekvat cavab tədbirləri görülüb.

Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti
bölmələrimizin tam nəzarəti altındadır.

Teqlər: