“Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənayeparklarına parklarının rezidenti olmaq üçün 10-dək layihə təqdim edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “twitter” hesabındakı paylaşımında bildirib.
“Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənayeparklarına böyük maraq göstərilir. Bu sənaye parklarının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinə 10-dək layihə təqdim edilib. Bu layihələrin ilkin investisiya dəyəri 40 mln. manata yaxındır. Hazırda layihələrin dəyərləndirilməsi aparılır.”, – deyə paylaşımda qeyd olunub.