Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq yaradılan Ağdam Sənaye Parkında Azərbaycan Beynəlxalq Bankının (ABB) səyyar ATM xidməti fəaliyyətə başlayıb.
İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bundan başqa, Ağdam Sənaye Parkının girişindən başlayaraq sosial zona da daxil olmaqla, asfalt yolun çəkilməsi və xətlənməsi işləri yekunlaşdırılıb.