Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu
verilib və rezidentlərin sayı 7-yə çatıb.
AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter” səhifəsində bildirib.
Onun sözlərinə görə, “Prof-Dam” MMC 2 ha ərazidə müxtəlif növ
dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC
isə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal
məmulataların istehsalı ilə məşğul olacaq.
İnvestisiya dəyəri 9 mln. manata yaxın olan layihələrin
reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək.