Ağdam şəhəri minalardan təmizlənir

Xəbər - Samir Əli – Trend:

Ağdamın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi prosesi davam edir.

Bunu AzerTimes-a açıqlamasında Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev deyib.


O bildirib ki, hazırda Ağdam şəhərinin mina və partlamamış sursatlardan təmizlənməsi işləri görülür: “Hazırda şəhər və bir neçə kəndin ərazisi təmizlənir. Şəhərdə artıq tikinti işləri başlanır. Kəndlərin əkin sahələri isə təmizlənərək payızlıq əkinə hazırlanır”.

Teqlər: