Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov sosial şəbəkədə “Ağdam Siti Otel”in (Aghdam City Hotel) Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldığı görüntülərini paylaşıb.
AzerTimes xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsinin 15 İyun – Qurtuluş Günü münasibətilə paylaşdığı yazıda qeyd olunub:
“Bu gün 15 İyun – Milli Qurtuluş Günüdür. Bu münasibətlə doğma Ağdamımız şanlı bayrağımızın rənglərinə boyanıb! Xalqımızı bu şərəfli gün münasibətilə təbrik edir, müstəqilliyimizin əbədi olmasını diləyirik!”