Ağdamda ata 4 il əvvəl qızını öldürərək, öz evinin həyətyanı sahəsində basdırıb.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl 1996-ci il təvəllüdlü Nərgiz Şikar qızı Nəcəfovanı qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib basdırılan şəxsin meyiti axtarılır.
Faktla bağlı araşdırmalar aparılır.