Bu gün Ağdaban soyqırımının 30-cu ildönümüdür.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər Kəlbəcər
rayonunun işğalı zamanı Ağdaban kəndində olan 130 evinin hamısını
yandırıb. Kənd əhalisinin 779 nəfər dinc sakininə işgəncələr
verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2
azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və
mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah
və məzarlıq məhv edilib.
Bu faciəyə ilk hüquqi-siyasi qiyməti ulu öndər Heydər Əliyev
verib, Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük
cinayət adlandırıb və bunu bütün insanlıq adına utanc kimi
səciyyələndirib.