Ağdaban soyqırımının 29-cu ildönümüdür

Bu gün Ağdaban soyqırımının 29-cu ildönümüdür.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər Kəlbəcər rayonunun işğalı zamanı Ağdaban kəndində olan 130 evinin hamısını yandırıb. Kənd əhalisinin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şerinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb.


Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb və bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Teqlər: