Ermənilər tarixin bütün mərhələlərində Azərbaycan xalqına qarşı
soyqırımı siyasəti həyata keçirib. Bu soyqırımılardan biri də
1992-ci il aprel ayının 8-də – Kəlbəcərin işğalından təqribən bir
il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına
şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş
soyqırımı hadisəsidir.
Milli Məclisin deputatı Sevinc Hüseynova
AzerTimes-a açıqlamasında
bildirib ki, Ağdaban qətliamı Azərbaycan xalqına qarşı son 200 ildə
erməni millətçiəri tərəfindən aparılan soyqırımı və qətliam
siyasətinin daha bir faktıdır.
“Ağdabanda qətlə yetirilənlər arasında uşaqlar və qocalar da var
idi. 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri
odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti
yetirilib. Soydaşlarımızın dərisi soyularaq ürəkləri çıxarılıb,
odla onların bədənlərində xaç şəkili dağ edilib. Bu cür insaniyyətə
sığmayan amansızlıqlar erməni millətçilərinin barbarlığının,
vandallığının, faşizminin daha bir sübutudur.
Erməni faşizmi bəşər tarixində də bənzəri olmayan faşizmin bir
növüdür. Bu faşizm həm insanlara, həm təbiətə, həm milli-mədəni
irsə qarşı törədilib. İşğaldan azad edilmiş ərazilərimizdə biz bir
daha erməni faşizminin şahidi oluruq. Bu yaxınlarda Xocalı
rayonunun Fərrux kəndində tapılan məzarlıqlar da erməni faşismini
bir daha təsdiqləyir.
Birinci Qarabağ müharibəsindən bəri 4 minə qədər soydaşımızın
taleyi hələ məlum deyil. İşğaldan azad edilmiş ərazilərdə tapılan
məzarlıqlar yəqin ki, itkin düşmüş soydaşlarımızın bir qisminin
taleyinə aydınlıq gətirəcək. Belə kütləvi məzarlıqlar Kəlbəcərdə
Başlıbeldə, Şuşa ətrafında, Xocavəndin Edilli kəndi yaxınlığında,
Füzulidə tapılıb və onların sayının artması gözlənilir”, – deyə
deputat qeyd edib.
O bildirib ki, bu cür məzarlıqların aşkarlanması erməni
faşizminin törətdiyi cinayətlərinin beynəlxalq ictimaiyyətə
çatdırılması baxımından əhəmiyyətlidir.
“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz ermənilər tərəfindən qətlə
yetirilən bütün insanlarımızın qisasını aldı. Hazırda əsas məqsəd
ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət insanlığa qarşı
törədilmiş bu vəhşiliklərə hüquqi qiymət versin. Bu istiqamətdə də
böyük işlər aparılır”, – deyə o əlavə edib.
Milli Məclisin deputatı Cavid Osmanov isə
AzerTimes-a açıqlamasında
bildirib ki, Ağdaban kəndində törədilən soyqırımı hadisəsi
ermənilərin tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqına
qarşı törətdiyi cinayətlərdən biridir.
“Ermənilər hər zaman olduğu kimi, Ağdabanda da öz vandalizmini,
öz vəhşiliyini nümayiş etdirib. Uşaq, qoca, qadın demədən,
qarşısına çıxan hamını qətlə yetirib, hamıya işgəncə verib, mülki
əhaliyə qarşı amansızlıq edib. Bundan sonra da ermənilər soyqırımı
siyasətini davam etdirərək Xocalıda, Şuşada və digər ərazilərimizdə
soyqırımı və qətliamlar törədiblər. İşğaldan azad edilmiş
ərazilərdə tapılan kütləvi məzarlıqlar da erməni cinaytlərinin
sübutudur.
Hesab edirəm ki, bu cür məzarlıqlar hələ bundan sonra da
tapılacaq. İşğaldan azad edilmiş torpaqlarımızda tapılan bu
məzarlıqlar bir daha onu göstərir ki, 90-cı illərin əvvəllərində
mənfur düşmənlərimiz demək olar ki, hər rayonda vəhşiliklər
törətməklə xalqımıza qarşı kütləvi qırğına yol veriblər. Təəssüflər
olsun ki, bu qırğınlara beynəlxalq səviyyədə hələ də hüquqi qiymət
verilməyib, lakin Azərbaycan bu istiqamətdə lazımi işlər aparır”, –
deyə deputat əlavə edib.
C.Osmanov bildirib ki, Azərbaycan qətlə yetirilən insanlarımızın
qanını yerdə qoymadı. “44 günlük Vətən müharibəsində qüdrətli
ordumuz erməniləri ağır itkilərə uğradaraq qətlə yetirilən
insanlarımızın qisasını aldı və torpaqlarımız işğaldan azad edildi.
İndi isə əsas məsələ ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi
qırğınlara beynəlxalq müstəvidə hüquqi qiymət verilməsinə nail
olmaqdır”, – deyə deputat əlavə edib.