Ağcabədinin ən böyük elektronika və mebel mağazası açıldı

Ağcabədinin ən böyük elektronika və mebel mağazası açıldı

Artıq Ağcabədi sakinləri də doğmalarına Yeni il hədiyyələrini lap yaxından, başqa şəhərə getmədən ala biləcəklər.

AzerTimes xəbər verir ki, “Kontakt” mağazalar şəbəkəsi Yeni il bayramı ərəfəsində Ağcabədinin ən böyük elektronika və mebel mağazasını açmaqla bölgə sakinlərini ürəkdən sevindirməyi bacarıb.

Bayram əhval-ruhiyəsi yaşanan rəsmi açılışda mağaza ziyarətçilərini bol əyləncə, bol hədiyyə və 60%-DƏK meqa endirimlər qarşılayıb.

1000 m2 sahəsi olan ikimərtəbəli geniş mağazada rəqəmsal – smartfon, notbuk, televizor, kiçik və böyük məişət, qab-qacaq, ev tekstili, mebel bir sözlə, 30 000-dən çox çeşiddə bütün ehtiyaclara uyğun məhsulların zəngin növü mövcuddur.

Qeyd edək ki, dekabrın 24-dək yeni açılmış mağazaya üz tutan Ağcabədi sakinlərini nağd alışda 60%-dək endirimlərlə yanaşı, hissəli alışda smartfonlar üçün ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyaları, qab-qacaq və ev tekstili üçün 18, mebellər üçün isə 24 ay ilkin ödənişsiz, faizsiz, üstəlik komissiyasız şərtlər gözləyir.

İndi isə gəlin çox sərfəli təkliflərin bəzilərinə göz gəzdirək. Belə ki:

-109 sm ekranlı, smart Toshiba televizorunu 1050 yox, endirimlə cəmi 650 manata;

-2000 Vt-lıq, keramik altlıqlı Hoffmann ütüsünü 60% endirimlə, cəmi 20 manata;

-128 GB yaddaşlı Xiaomi Redmi Note 12 smartfonu xüsusi təkliflə 22 aya, ayda 24 manata;

-6 kq tutumlu Samsung paltaryuyanını 30 aya, ayda 39 manata;

-Massive Torino künc divanını isə 30 aya, ayda cəmi 20 manata almaq mümkündür.

Odur ki, həm mağaza imkanlarından yararlanmaq, həm də çox sərfəli kampaniya şərtlərini əldən verməmək üçün “Kontakt”ın Ağcabədi mağazasına mütləq baş çəkin! Ünvan: Ağcabədi rayonu, H.Əliyev prospekti, “Green” restoranın yaxınlığı.

Teqlər: