Ağcabədili axund necə Nizami Gəncəvi oldu?

Ağcabədili axund necə Nizami Gəncəvi oldu?

Nizami Gəncəvi dövründə insanların portretinin çəkilməsi qadağan edildiyi üçün hazırda dahi şairimizə aid foto ona məxsus deyil.

AzerTimes xəbər verir ki, bu portretin yaranmasının maraqlı tarixçəsi var.

1939-cu ildə Azərbaycan SSR Mərkəzi Komitəsi tərəfindən Nizami Gəncəvinin 800 illiyinin keçirilməsi qərarı qəbul olunur. Amma bu yubileydə dahi şairi əyani canlandıra biləcək hər hansısa şəkil olmur. Məhz bu səbəbdən də müsabiqə elan olunur. Ədəbiyyatşünaslar, tarixçilər və rəssamlar bu işə cəlb olunaraq prosesə başlanılır.

Nizamişünas Yevgeni Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı dahi şairin görünüşü ilə bağlı təxmini fikirlər söyləyirlər. Bəstəkar Üzeyir Hacıbəyov isə Ağcabədidən olan bir axundun deyilən görünüşə uyğun olduğunu deyir.

Həmin axund çağırılır, ona Tarix-Diyarşünaslıq Muzeyindən geyim verilir və rəssam Qəzənfər Xalıqov portret çəkərək müsabiqənin qalibi olur.

Bir sözlə, hamının Nizami Gəncəvi kimi tanıdığı şəkildəki şəxs əslində ağcabədili axunddur.

Teqlər: