Ağcabədidən Bakıya satış üçün 200 kiloqram yararsız ət gətirənlər saxlanıldı

Xəbər - Samir Əli – Trend:

Ağcabədi rayonundan Bakıya mənşəyi məlum olmayan ət gətirən
şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Baş
Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə
fevralın 27-də saat 6 radələrində Ağcabədi rayon sakini S.Niyazovun
idarə etdiyi “Mercedes” markalı avtomobil Qaradağ rayonu ərazisində
saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 200 kiloqram çəkidə mənşəyi məlum
olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilib.

S.Niyazov və sərnişini, qardaşı B.Niyazov saxlanılaraq Qaradağ
Rayon Polis İdarəsinə təhvil veriliblər.

Araşdırma aparılır.

Teqlər: