Mayın 2-də saat 15 radələrində Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisində 1991-ci il təvəllüdlü Nəzmiyyə Vitalif qızı Məhərrəmovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qohumu (qaynı) 1992-ci il təvəllüdlü Elgiz Sərhad oğlu Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.