Ağcabədidə popkorn əkiləcək

Bu il “Ağcabədi taxıl Aqropark”ında digər məhsulalarla yanaşı
100 hektarda popkorn əkilməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, Fevralın 13-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ağcabədi
taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.

Aqroparkın ümumi sahəsi 3 min hektardır. Aqroparkın faktiki əkin
sahəsi 1368 hektardır. Burada əsasən arpa, buğda, qarğıdalı,
pambıq, günəbaxan və sair bitkilər becərilib. Aqroparkda, həmçinin
110 hektar sahədə intensiv badam bağı salınıb. Burada suvarma
mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin
sahələrinin suvarılmasında ən müasir sistemlərdən istifadə
edilir.

Qeyd edək ki, ötən il aqroparkda ümumilikdə 3094 hektar sahədən
20 min 721 ton məhsul – 2240 ton buğda, 1932 ton arpa, 7685 ton dən
üçün qarğıdalı, 416 ton birillik ot, 87 ton pambıq, 14 ton soya,
1705 ton qarışıq senaj və 6642 ton digər məhsullar götürülüb.

Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına 9,8
milyon manat məbləğində güzəştli kredit verilib. Burada 41-i daimi
olmaqla 150 iş yeri yaradılıb.

Teqlər: