Ağcabədidə onlayn narkotik satan şəxs yaxalandı (FOTO)

Xəbər - Samir Əli – Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində onlayn şəkildə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində onlayn şəkildə narkotik vasitələri satmaqda şübhəli bilinən Qubadlı rayon sakini Şamil Məhərrəmov saxlanılıb. Onun üzərinə və əlindəki çantaya baxış keçirilərkən heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirlir.

Teqlər: