Ağcabədi Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən bir qrup
rayon sakini onlara məxsus obyektlərdən oğurluqlar edilməsi barədə
məlumatlar veriblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata
görə, daxil olmuş məlumatlar əsasında Ağcabədi RPŞ-nin əməkdaşları
tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində
oğurluq əməllərini törətməkdə şübhəli bilinən, rayon sakinləri
Vüsal Mustafayev və Niyazi Abdullayev saxlanılıblar. Araşdırmalarla
onların qabaqcadan əlbir olaraq rayon ərazisindəki fermaların
birindən 2000 manat dəyərində dəmir boru, naqil, bir mağazadan
geyim əşyaları, digər mağazadan 360 manat pul, 1600 manat dəyərində
tütün məmulatları və ərzaq məhsulları oğurladıqları müəyən
edilib.
Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb və hər iki
şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.