Ağcabədidə ermənilərin dağıtdığı 500-dən artıq tikili təmir-bərpa olunub

Xəbər - Elçin Mehdiyev – Trend:

44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Ağcabədi rayonunda 8 yaşayış evi və 2 qeyri-yaşayış obyekti dağıdılıb, 500-dən çox tikiliyə zərər dəyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AzerTimes-a verilən məlumata görə, dövlət başçısının tapşırığına əsasən 513 tikilinin təmir-bərpası, 8 yaşayış evi və 1 sahibkarlıq obyektinin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib. Hazırda 1 qeyri-yaşayış obyektinin inşası və 5 tikilinin təmir-bərpa işləri davam edir. Ən qısa zamanda Ağcabədi rayonunda işlərin tam yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.

11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırki mərhələdə onlardan 12000-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.

Teqlər: