Ağcabədidə əl qumbarası partladı: bir ailənin 5 üzvü öldü

Ağcabədidə əl qumbarası partladı: bir ailənin 5 üzvü öldü

Ağcabədidə əl qumbarası partlayıb, ölən və yaralılar var.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

Baş vermiş hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Teqlər: